Bu ölkədə hamıya 900 avro veriləcək
Dekabr 30
21:38
2015
ANS PRESS-in məlumatına görə, Utrecht (Utrex) şəhərinin sakinlərinə ayda əlavə 900 avro yardım təklif edilir.
Təklifə görə, vətəndaşlar istəsələr heç bir işlə məşğul olmadan evdə otura bilərlər, istəsələr də əlavə iş taparaq artıq gəlir əldə edə bilər.
Bu təklifi isə Hollandiya Yaşıllar Partiyasının üzvü olan Heleen de Boer səsləndirib: "Bu yardım sayəsində insanlar evlərində oturaraq rahat şəkildə televizorlarını izləyə biləcəklər. İstər iş axtarsınlar, istər evdə otursunlar - bunun heç bir fərqi olmayacaq".
İndi bu təklif və onun doğura biləcəyi nəticələr Utrecht universitetinin iqtisadçısı Loek Groot tərəfindən analiz ediləcək.
Hələlik yardıma nə zaman başlanılacağı bəlli deyil.
İngiltərədə nəşr edilən "Metro" qəzetinin yazdığına görə, bu radikal fikir yoxsulluq tələsinə düşməkdən qurtulmaq üçün həyata keçirilə bilər.
Utrecht Amsterdamdan qatarla 30 dəqiqəlik məsafədə yerləşir.
Bu şəhər paytaxtdan sonra ən çox mədəni tədbirin keçirildiyi yerdir.
İngiltərənin də Yaşıllar Partiyası bənzər bir sistem haqqında düşünür. Ancaq maliyyə mənbələri ilə bağlı narahatlıqlar var.



