Bu ilin altı ayında Qan Bankında 14 min litrdən çox qan toplanıb
Avqust 15
16:23
2016
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuatdən "Report”a verilən məlumata görə, Bakı ilə yanaşı, MQB-nın Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində baş tutan aksiyalarda ümumilikdə 31 148 nəfər donor iştirak edib.
Nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 min 608 litr qan toplanıb.
Qlobal.az



