Bu günün Fidanı- gələcəyin həkimi
Fevral 28
00:53
2016
Bu gün zərif çiyinlərində kitab dolu çantalarla məktəbə gedən uşaqların yükünü zaman gələcək, müqəddəs bir "YÜK" əvəz edəcək.
Bu yük müqəddəs bir yük olacaq. Dövlətimizin və millətimizin gələcəyini körpə balalarımız müəyyənləşdirəcək, bu baxımdan indiki balacalarımızın- gələcək böyüklərimizin düzgün tərbiyələri və təhsilləri önəmlidir.
Qlobal.az-ın "İndiki balacalarımız-Gələcək Böyüklərimiz" rubrikasının qonağı 1-ci sinif şagirdi Fidan Abbasovadır. Fidan bütün fənnləri sevir amma ən çox üstünlük verdiyi riyaziyyat fənnidir.
Azərbaycanımızı böyük bir şəhər kimi təsəvvür edən Fidan böyüyüb həkim olmağı çox arzulayır.
Fidan öz kiçik dostlarını da unutmur. Onlara dərslərini yaxşı oxumağı, valideynlərinin sözünə qulaq asmağı, müəllimlərin verdikləri tapşırıqları həvəslə yerinə yetirməyi arzulayır.
Ən ümdəsi isə öz yaşıdlarına Allahı və Vətəni daha çox sevməyi arzulayır balaca Fidan.
Gəlin biz də bu gözəl arzunun həyata keçməsində Fidana uğurlar diləyək.











