Bu gün qəzada fəhlənin beli sınan Kolin İnşaat kimindir? - FOTO
Fevral 02
09:33
2021
Şabran rayonunda tikinti işləri zamanı qəza olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Yenikənd kəndində fəaliyyət göstərən "Kolin” şirkətində fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.
Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Buka Enis eyni zamanda "KOLİN İNŞAAT TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir. Nizamnamə kapitalı barədə məlumat verilməyən bu şirkətin hüquqi ünvanı da AFİYƏDDİN CƏLİLOV, ev 20, 17-ci mərtəbədə yerləşir.
Kolin şirkətlər qrupunun ümumi sahibi Naci Koloğlu adlı Türkiyəli iş adamı olduğu qeyd edilir.
Qlobal.Az
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Yenikənd kəndində fəaliyyət göstərən "Kolin” şirkətində fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.
Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qlobal.az olaraq qeyd edək ki, faciə baş verən şirkətin tam adı "Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş and İntegra Construction KZ LLP Joint Venture”-dır. 10000 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı olan Buka Enis adlı şəxsdir.
Şirkət Bakı Şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev.20, məh 12 17 m.46 ünvanında fəaliyyət göstərir.