Bu gün Abşeronda qaz olmayacaq
Fevral 02
09:08
2016
Fevralın 2-də saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Digah” və "Alatava” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Digah, Fatmai və Məhəmmədi kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, aparılan işlərin Bakının Nəsimi və Yasamal rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qlobal.az



