Britaniya Baş Qərargahı Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb
İyun 20
09:24
2022
Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəni Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb.
Bu barədə "Report” "The Independent” qəzetinə istinadən məlumat verir.
Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini - "quruda döyüşməyə və müharibələrə qalib gəlməyə hazır olmaqla Böyük Britaniyanı qorumaq” məqsədini önə çəkir.
"Biz ordunu yenidən Avropada müharibəyə hazırlamalı olan nəsilik”, - o əlavə edib.
Sanders xatırladıb ki, o, 1941-ci ildən Avropada qitənin iştirak etdiyi müharibə fonunda orduya komandanlıq edən ilk baş qərargah rəisidir.