SON XƏBƏR

Borrell İsraili tənqid edib

Noyabr 27
12:05 2023
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsraili işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salmasına görə tənqid edib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında paylaşım edib.

"Müharibənin ortasında İsrailin daha çox qeyri-qanuni qəsəbələr tikmək üçün yeni vəsait ayırdığını öyrənmək məni dəhşətə gətirir. Bunun özünümüdafiə ilə heç bir əlaqəsi yoxdur və bu, İsraili daha təhlükəsiz etməyəcək. Yaşayış məntəqələrinin salınması beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və İsrailin ən böyük təhlükəsizlik öhdəliyidir", - Borrell paylaşımında bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook