SON XƏBƏR

BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarının adı bəlli olub

Noyabr 12
12:10 2015
BMT baş katibi Pan Qi Mun italiyalı Filippo Qrandini BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarı təyin edəcək.
 
Qlobalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
 
Filippo Qrandi 2010-2014-cü illərdə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin baş komissarı olub. Müxtəlif illərdə F.Qrandi BMT-nin Əfqanıstan, Sudan, Suriya, Türkiyə və İraqdakı nümayəndəliklərində çalışıb, həmçinin Keniyada, Benində, Qanada, Liberiyada, Konqo Demokratik Respublikası və Yəməndə humanitar əməliyyatlara rəhbərlik edib.
 
Qeyd edək ki, 2005-ci ildən etibarən BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı portuqaliyalı Antoniu Qutyerreşdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook