“Bizi əsl fəlakət gözləyir” - Vuçiç
İyun 19
11:08
2024
"Əgər böyük dövlətlər heç nə etməsələr, mən tam əminəm ki, bizi əsl fəlakət gözləyir”.
"AzPolitika” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Die Weltwoche” qəzetinə müsahibəsində deyib.
"Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram. İnanıram ki, biz ondan uzaq deyilik. Yəni, 3-4 aydan çox deyil və bunun daha tez baş vermə riski var”,-dey o qeyd edib.
"Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram. İnanıram ki, biz ondan uzaq deyilik. Yəni, 3-4 aydan çox deyil və bunun daha tez baş vermə riski var”,-dey o qeyd edib.
Serbiya prezidenti hesab edir ki, Qərb Ukraynanın məğlubiyyətinə tab gətirə bilməz, çünki ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətin pisləşməsi deməkdir. Onun sözlərinə görə, əgər Putin müharibəni uduzsa, o zaman o, hər şeyi itirəcək.
Vuçiç onu da əlavə edib ki, Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır.