“Biz bir Avropa xalqıyıq”
Noyabr 30
17:23
2015
Bu gün baş tutan AB-Türkiyə zirvəsinə qatılan baş nazir Davudoğlu önəmli mesajlar verib.
Davudoğlu toplantının Türkiyə üçün tarixi bir hadisə olduğunu bildirib:
"Bu gün Türkiyə üçün tarixi bir gündür. Toplantıda AB liderləri ilə qitənin gələcəyini müzakirə etdik. Yeni başlanğıc münasibəti ilə bütün AB liderlərinə təşəkkür etmək istəyirəm. Bu, yeni bir prosesin başlanğıcıdır”,- deyə baş nazir bildirib.
Davudoğlu özlərini Avropa qitəsinin bir hissəsi saydıqlarını da bildirib:
"Ankaradan açıq bir mesaj vermək istəyirəm: Biz bir Avropa xalqıyıq. Qitənin problemləri hamımızın ortaq mövzusudur və Türkiyə bu mövzuda əlindən gələn hər şeyi etməyə hazırdır”.



