SON XƏBƏR

Birinci xanımın işdən qovdurduğu yüksək vəzifəli məmur Bakıya niyə gəlmişdi...

Noyabr 16
13:25 2018
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun müavini Mira Rikardel birinci ledi Melaniya Trampın qəzəbinə tuş gəldikdən sonra Ağ evdən kənarlaşdırılıb.

Virtualaz.org xəbər verir ki, Mira Rikardel ötən gün işdən çıxarılıb. Rikardelin işdən çıxarılması birinci ledinin öz nümayəndəsi vasitəsilə onun Ağ evdə işləməyə layiq olmadığı barədə yaydığı bəyanatdan bir gün sonra baş verib.

Mira Rikardellə Melaniya Tramp arasında münaqişə xəbərlərə görə birinci ledinin Afrikaya səfəri zamanı baş verib. Bir mənbə bildirir ki, qadınlar təyyarədə yer üstündə mübahisə ediblər. Digər məlumata görə Mira Rikardel Melaniya Trampın Afrikaya səfər büdcəsinə yenidən baxılmasını, özünün və ya Milli Təhlükəsizlik şurasının başqa əməkdaşının nümayəndə heyətinə daxil edilməsini istəyib.

"Birinci ledinin administrasiyasının mövqeyi bundan ibarətdir ki, o daha Ağ evdə işləməyə layiq deyil”-Melaniya Trampın adından noyabrın 13-də yayılan bəyanatda deyilirdi.

CNN xəbər verib ki, Melaniya Trampın bu bəyanatı prezident Trampı bərk narahat edib. O, ictimayyətin gözündə özünün "arvadağız” obrazının formalaşa biləcəyindən narahat olub. Hərçənd bu narahatlığa baxmayaraq Tramp iki gün sonra Mira Rikardeli işdən azad edib. Ekspertlərə görə bu fakt Melaniya Trampın öz iradəsini prezidentə diktə etdiyini və Ağ evdə "qayda yaratdığını” göstərir. Xəbərlərə görə Trampın administrasiyasının rəhbərinin müavini Con Kelli də birinci xanımla mübahisələrə görə tezliklə işdən çıxarıla bilər. Bu mübahisənin səbəbi deyilənlərə görə Kellinin birinci ledinin köməkçilərindən bir neçəsini administrasiyada vəzifələrə təyin etməkdən imtina eləməsi olub.

Virtualaz.org qeyd edir ki, birinci ledinin qəzəbinə tuş gələn də işdən çıxarılan Mira Rikardel milli təhlükəsizlik və müdafiə məsələləri üzrə təcrübəli kadr hesab olunur. 2000-ci illərin əvvəllərində o, Corc Buşun administrasiyasında müdafiə naziri Donald Ramsfeldin Avrasiya məsələləri üzrə müavini olub. 2003-cü ilin dekabrında Mira Rikardel Donald Ramsfeldi Bakıya səfərdə müşaiyət edirdi.

Həmin səfərdən əvvəl isə iki dəfə-2002-ci ilin martında və oktyabrında Azərbaycanda səfərdə olub. 2002-ci ilin martında Rikardel Bakıda ABŞ-ın Azərbaycana sərhəd təhlükəsizliyi məsələlərində dəstəyi barədə müzakirələr aparıb. Bu danışıqlar Azərbaycanın İranla dəniz və quru sərhədlərinin möhkəmləndrilməsi üçün Pentaqonun dəstəyi ilə həyata keçirilən proqramları əhatə edirdi. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook