SON XƏBƏR

Biləcəri sakinləri yolu bağladı

Oktyabr 02
11:00 2016
Sentyabrın 28-də Bakıya yağan yağışın yaratdığı problemlər hələ də davam edir.
 
Biləcəri qəsəbəsinin sakinlərinin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Bilәcәridә «Sarı Market» yaxınlığında olan evləri su basıb.

Çirkab sularının evlərə axması sakinləri özündən çıxarıb. Hazırda həmin ərazidə yaşayan insanlar küçəyə çıxaraq, yolu bağlayıblar. Əraziyə Daxili İşlər Nazirliyinin Post Paturul Xidmətnin əməkdaşları cəlb edilib.

Hadisə yerində çəkilmiş fotonu təqdim edirik: (Qaynarinfo.Az)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook