Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edildi
Fevral 12
09:39
2024
Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib.
Qaynarinfo xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.
Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun "Telegram” və "WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.