SON XƏBƏR

Bələdiyyə sədri nazirliyin işçisini döydürüb

Fevral 26
11:25 2024
Beyləqan rayonunda Ağ Göl Milli Parkının mühafizəçisi işləyən Fuad Məmmədquliyev bir neçə şəxs tərəfindən döyülüb...

Polqon-a daxil olan məlumata görə Fuad Məmmədquliyevi döyən şəxslər Beyləqan rayon Eyvazallar kənd sakinləridir. Ağ Göl parkının mühafizəçisinin döyülməsi göstərişini isə Eyvazallar bələdiyyəsinin sədri vəzifəsində işləyən Abduləli Məmmədov tərəfindən verildiyi bildirilir.

Məlumata görə Abduləli Məmmədov Fuad Məmmədquliyevi "Görüş” adlanan əraziyə çağıraraq, orada yaxınlarına döydürtdürüb. ETSN işçisi döyülməsi nəticəsində kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı prokurorluq tərəfindən cinayt işinin açıldığı bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook