SON XƏBƏR

Bayden Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

Dekabr 13
05:09 2024
ABŞ Prezidenti Co Bayden Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

"Prezident Ukraynaya təhlükəsizliklə bağlı yeni yardım paketini təsdiqləyib”, - deyən Kirbi sayca 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnikanın daxil olacağını bildirib.

Ağ Ev sözçüsü həmçinin əlavə edib ki, Bayden administrasiyası 2025-ci ilin yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook