Bayden Çinin hipersəsli raketləri ilə bağlı narahatlığını ifadə edib
Oktyabr 21
08:15
2021
ABŞ Prezidenti Cozef Bayden Çinin sınaqdan keçirdiyi hipersəsli raketlərdən narahatlığını ifadə edib.
"Report" CNN telekanalına istinadən xəbər verir ki, bu açıqlamanı Amerika lideri Pensilvaniyaya uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı hərbi bazada jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ağ Evin mətbuat katibi Cen Psaki öz növbəsində bildirib ki, Çinin yaratmaqda olduğu hərbi potensialla bağlı ABŞ-ın narahatlığı var və sözügedən məsələ diplomatik kanallarla qaldırılıb.
Qeyd edək ki, oktyabrın 16-da Böyük Britaniyanın "Financial Times" qəzeti Çinin avqust ayında təyyarə ilə nüvə silahı daşımaq qabiliyyətinə malik olan hipersəsli raket buraxması barədə məlumat yayıb.