SON XƏBƏR

Baş Qərargah rəisi müşavirə keçirdi, məruzələri dinlədi - VİDEO

Noyabr 12
17:17 2018
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi ilə bağlı rəhbər heyətlə müşavirə keçirib.

Qlobal.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, KQHO planına əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Müşavirə zamanı əsas, ehtiyat və qoşunların komanda məntəqələri ilə birbaşa videobağlantı qurulub, PUA və digər texniki vasitələrin istifadəsi ilə şərti düşmənin müdafiəsinin ön xəttində və dərinliyindəki mövqelər və real şərait izlənilib.

General-polkovnik N.Sadıkov təlimlərin gedişi, həmçinin əməliyyat, kəşfiyyat, aviasiya, raket-artilleriya imkanları ilə bağlı məruzələri dinləyib və müvafiq tapşırıqlar verib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook