Baş Prokurorluq sabiq nazirin həbsini təsdiqlədi (VİDEO)
Mart 09
12:11
2021
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.
Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.
Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.