"Bank of Baku"dan debet kart istifadəçiləri üçün kampaniya
Fevral 15
10:28
2016
"Bank of Baku" debet kart istifadəçiləri üçün yeni kampaniyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kredit xətti əvəzinə şəxsi vəsaitindən internetdə və nağdsız alış-verişdə istifadə etməyə üstünlük verənlər Bolkart Debet kartlarını bu ayın sonuna kimi pulsuz əldə edə biləcəklər.
Bunun üçün müştərilərdən kampaniya çərçivəsində bankın istənilən filialına yaxınlaşmaqla, açmaq istədikləri Bolkart Gənc Debet hesablarına minimum 100 AZN, Bolkart Ailə Debet hesablarına isə minimum 200 AZN mədaxil etmələri tələb olunur.
Bolkart Debet kartları ilə edilən alış-veriş və istənilən əməliyyata görə ödənilən məbləğin 15 faizədək hissəsi ballar şəklində müştərinin hesabına geri qayıdır.
Bolkart Debet kartlarına nağd üsulla "Bank of Baku" filiallarında və ya ödəniş terminallarında mədaxil edilmiş vəsaitlər bankın ATM-ləri vasitəsilə nağdlaşdırılan zaman heç bir komissiya tutulmur.
Müştərilər bankın ödəniş terminallarında "Kartın doldurulması" menyusu vasitəsilə istədikləri vaxt kart balanslarını artıra bilərlər.



