SON XƏBƏR

Bakının Baş planının təqdimatı keçirilib

Yanvar 16
11:25 2024
Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib.

"Report" xəbər verir xəbər ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Milli Məclisin deputatları, şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislər tanınmış ictimai xadimlər, QHT təmsilçiləri, paytaxt qəsəbələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış və dekabrın 30-da təsdiq olunmuş Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafınin ümumi strategiyası kimi qəbul olunur.

Daha sonra Baş plana dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə edən geniş təqdimat nümayiş etdirilib. Təqdimatda cıxış edən A.Quliyev, F.Mustafayev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin nümayəndəsi İlqar Müqbilov, foto-jurnalist Rza Deqati və başqaları Baş plana dair öz fikir və düşüncələrini bölüşdülər. Bildirilib ki, yerli və xarici mütəxəssislər qrupunun hazırladığı Baş plan paytaxtımızın gələcək inkişafı üçün çox mühüm bir sənəddir. Sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək iri miqyaslı işlər şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s.barədə məlumatlar öz əksini tapıb.

Tədbirdə qeyd olunub ki,4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Həmin hədəflər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin bərpası, memarlıq irsinin qorunması, yeni şəhər iqtisadiyyatı formalaşdırılmasıdır.

Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya - Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji təmiz, mobil, insanyönümlü və inklüzivçoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistəmler, hibrid yaşıl dəhlizlərin yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirlərini, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənəddə bunlarla yanaşı icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook