SON XƏBƏR

Bakıda universitet rektoru tələbənin 1 milyonluq maşını ilə şəkil çəkdirmək istədi- FOTOLAR

Sentyabr 17
15:00 2016
Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. 

Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.

"Lamborghini Aventador LP-740" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova, digərləri isə Tanrıverdi Axundova məxsus olduğu bildirilir./mənbə: criminal.az saytı/

Lakin iş adamı hələ 2 il bundan öncə  mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi. Qeyd edək ki, Tanrıverdi Axundov maşın kolleksiyasını "İnstagram" sosial şəbkəsində də paylaşıb. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, kabinetində kafedra müdirləri ilə müşavirə keçirən rektor tələbəsinin maşını ilə şəkil çəkdirmək istəsə də sonradan müşavirə iştirakçıları rektoru bu fikirindən yayındıra biliblər.
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook