SON XƏBƏR

Bakıda gülməli MMX radar protokolu - FOTO

Fevral 03
14:51 2016
Qaydanı piyada pozur, cərimə sürücüyə gəlir
 
Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib. Avtosfer.az xəbər verir ki, protokolda 50 manat cərimənin qərarı çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir.
 
Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir. Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, "Hyundai Santafe” markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur.
 
avtosfer.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook