Bakıda 500-ə yaxın bina mərkəzi istilik sisteminə qoşulmayıb
Yanvar 08
01:49
2024
"Azəristiliktəchizat” ASC-ə məxsus qazanxanalarda istehsal edilən istilik enerjisinin 31,9 %-i 1990-cı ilə qədər tikilmiş köhnə tipli qazanxanalara, o cümlədən rayon istilik qazanxanaları üzrə 17,8%, 3,1%-i 1990-2005-ci illərdə tikilmiş qazanxanalara, 54,2%-i 2005-ci ildən sonra tikilən qazanxanalara, 10,7%-i "Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzinə aiddir”.
Qeyd olunub ki, istilik xətlərinin uzunluğu 845,6 km təşkil edir: "Şəhərin istilik təchizatı sistemində əsas problem rayon istilik qazanxalarından və "Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən çıxan ümumi uzunluğu 120 km-ə yaxın olan magistral istilik xətlərinin texniki vəziyyəti ilə bağlıdır.
Belə ki, xətlər uzunmüddətli istismar nəticəsində keyfiyyət parametrlərini itirmiş, bəzi yerlərdə magistral xətlərin mühafizə zonasında 30 tikinti işləri aparılmaqla istismarda çətinliklər yaranıb, bütün bunlar öz növbəsində effektivliyin aşağı düşməsi və əlavə itkilərə səbəb olub.