SON XƏBƏR

Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentləri mükafatlandırıb - FOTO

Fevral 02
17:24 2024
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransının qaliblərinin sertifikatları təqdim olunub.
 
Müsabiqədə müvəffəqiyyət qazanan rezidentlər birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. 

Mərkəzdə fəaliyyət göstərən rezidentlərin inkişafına töhvə verən silsilə konfranslar keçirilir və burada əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır.

Mərkəzin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentlərlə görüşündə gənclərin ölkənin həyatında fəal iştirakı, eyni zamanda, fərdi inkişafı baxımından təhsilin əvəzolunmaz rola malik olduğunu diqqətə çatdırıb. Gənclərin cəmiyyətin aparıcı təbəqəsi olduğunu vurğulayaraq, fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində gəncləri səsvermədə fəal iştirak etməyə çağırıb. Tarixi əhəmiyyətə malik olan bu seçlilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə edəcəyini xüsusi olaraq vurğulayıb. 

Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə gənc həkimlərin timsalında bütün Azərbaycan gənclərini təbrik edib, daim gənc ruhlu qalmağı arzulayıb.
 
Qlobal.az
 

 

 

 

 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook