Bakı Sağlamlıq Mərkəzində aylıq hesabat iclası keçirilib
Fevral 15
10:27
2024
Bakı Sağlamlıq Mərkəzində ənənəvi olaraq keçirilən, ötən ayın yekunlarına dair növbəti aylıq hesabat iclası baş tutub.
Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov ölkəmizdə 2024-cü il fevralın 7-də Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimindən söz açaraq başladı.
Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.
Artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövrün başladığını vurğulayan Asiman Həsənov müdrik xalqımızın Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurduğunu bildirdi. "Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi.”
Bakı Sağlamlıq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə fəaliyyətinin yeni dövründə uğurlar arzu edir!
İclasın ikinci hissəsində Mərkəzimizdə fəaliyyət göstərən şöbələrin aylıq hesabatları əks olundu. İclasda baş həkim Elxan Hacıyev, baş həkim müavinləri Zakir Quliyev və Günay İsmayılova tərəfindən hazırlanan hesabatlar müzakirə olunaraq keçən bir aylıq dövrdə baş verən ən mühüm hadisələr haqqında məlumat verilib.

Keçirilən iclasdan görüntülər: