SON XƏBƏR

“Bakı Ağ Şəhər Ofis Binası" MMC məhkəməyə verildi

Mart 13
10:10 2024
"Bakı Ağ Şəhər Ofis Binası" MMC barəsində vergilərin, rüsumlarin ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokollar müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 469.1 maddəsiilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Xətai Rayon Məhkəməsində müvafiq olaraq hakim Fuad Axundovun icraatındadır.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook