SON XƏBƏR

Bahar Muradova barəsində yayılan xəbərlərə reaksiya verdi və təkzib etdi – VİDEOLAR

Dekabr 05
19:32 2016
Vitse-spiker: "Bunlar kimlərinsə təxəyyülünün məhsuludur”

Son günlər bəzi mətbuat orqanlarında, həmçinin sosial şəbəkələrdə Milli Məclisin vitse-spikeri Bahar Muradovaya qarşı etirazlar ifadə olunur. Xanım vitse-spikerin 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı "xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” dediyini iddia edən bəzi şəxslər buna görə onu tənqid edirlər, hətta təhqirlər də yağdıranlar var. Artıq neçə gündür bununla bağlı müzakirələrin davam etdiyini nəzərə alıb məsələ ilə əlaqədar Bahar Muradovanın fikirlərini almağa çalışdıq. 

Vitse-spiker Musavat.com-a eksklüziv açıqlamasında bildirdi ki, müzakirələrə səbəb olan fikirlər qəti şəkildə ona aid deyil: 

- Mən birmənalı şəkildə deyirəm ki, sizin gətirdiyiniz sitatlar mənim nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə mənim dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının "təxəyyülünün” bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm. Mənim konkret olaraq büdcə müzakirələrindəki çıxışımın videoyazısı sosial şəbəkədə, həm də Youtube-də var. Maraqlananlar ona baxıb orada fikrimi necə ifadə etdiyimlə tanış ola bilərlər. 

- Bahar xanım, bundan əvvəl də bir neçə deputat həmkarınızla bağlı anoloji qalmaqal yaranmışdı. Hətta belə yanaşma var ki, əhalinin bahalıqdan, devalvasiyadan, gəlirlərin az olmasından əziyyət çəkdiyi, aqressiyanın artdığı bir dövrdə məmurlar, rəsmi şəxslər, həmçinin deputatlar qarşı tərəfdən sərt təpki, etirazla üzləşməmək üçün hansısa ifadələri işlədəndə ehtiyatlı olsunlar. Bununla razılaşırsınızmı?

- Bilirsiniz, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, kimsə cəmiyyətə yönəlik fikir səsləndirirsə, o bunu müvafiq hüquq normaları çərçivədə işlətməyə çalışmalı, öz mövqeyini də ona uyğun şəkildə bildirməlidir. Hətta bu və ya digər açıqlamalara şərhlər, münasibətlər bildirilirsə, o da ən azı etik çərçivədə və mənəvi dəyərlərə uyğun gəlməlidir. Biz cəmiyyətdə yaşayırıq və burdakı münasibətlər də müəyyən kriteriyalar, müəyyən çərçivələr daxilində qurulur. 

Əlavə fikirlər söyləməyə lüzum görməyən B.Muradova Milli Məclisdəki son müzakirələr zamanı etdiyi çıxışların linkini də təqdim etdi.


(Musavat.com)
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook