“Azərişıq”ın yarımstansiyası yandı
Fevral 05
18:23
2016
Sumqayıt şəhərində qaraj və "Azərişıq” ASC-nə məxsus yarımstansiya yanıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində istifadəsiz məişət əşyaları və yaxınlıqdakı "Azərişıq” ASC-nə məxsus ümumi sahəsi 80 kv.m olan yarımstansiyanın dam örtüyünün taxta konstruksiyaları 20 kv.m sahədə və 20 p.m kabel yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
"Azərışıq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev Musavat.com-a bildirib ki, sözü gedən ünvanda "Azeəriışıq"ın heç bir obyektindən yanğın hadisəsi baş verməyib və sözügedən informasiya yanlışdır.



