SON XƏBƏR

Azərbaycanın dəniz piyadaları üçün "SAT xüsusi təyinatlı kursu" keçirilir - VİDEO

İyun 03
11:54 2022
Hərbi Dəniz Qüvvələrində dəniz piyadalarının "SAT xüsusi təyinatlı kursu" keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs ərzində hərbi qulluqçular fiziki və psixoloji dayanıqlılıqlarının yoxlanılması üzrə müxtəlif tapşırıqları yerinə yetirirlər. Gecə və gündüz ən çətin şəraitdə belə iştirakçıların dözümlülüyünün artırılması məqsədilə qarşıya qoyulan bütün tapşırıqlar uğurla icra olunur.

"SAT xüsusi təyinatlı kursu" oktyabrın 22-dək davam edəcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook