Azərbaycanı təhqir edən erməni prodüser məhkəmə zalında öldü - VİDEO
İyul 15
18:09
2022
İyulun 15-də İrəvandakı Ümumi Yurisdiksiya Məhkəməsində prodüser Armen Qriqoryanın işi üzrə ilkin proses keçirilən zaman təqsirləndirilən şəxs huşunu itirərək stuldan yıxılıb.
Daha sonra Armen Qriqoryanın öldüyü məlum olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Armen Qriqoryanın cəsədinin müayinəsi üçün hadisə yerinə təcili yardım briqadası çağırılıb. Məhkəmə zalında prodüserin anası, qohumları, dostları olub.
Xatırladaq ki, prodüser Armen Qriqoryan müsahibəsində Ermənistanın Şirak və Ararat vadisi sakinlərinin yarısını "türk” adlandırdığına görə Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsi ilə ittiham olunub.
Armen Qriqoryan dəfələrlə müxtəlif internet resurslarında Azərbaycan əleyhinə sərt, təhqiramiz ifadələr işlədib.