Azərbaycandan BMT-yə sərt etiraz: "Zəhmət çəkin, təkzib verin”
May 01
18:15
2016
"Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) aprelin 2-dən 5- qədər Ermənistan tərəfindən törədilən cinayətə görə bəyanat verməsi ümumiyyətlə onların statusuna uyğun olmayan bir məsələdir. Bununla onlar, siyasətə qoşulmuş kimi qəbul olunur. Çünki bu, humanitar bir təşkilatdır”.
Bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Komitənin sədri Əli Həsənov Mir Şahinə müsahibəsində deyib.
Nazir müavini deyib ki, bu məsələ ilə bağlı BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri ilə görüşüb və bəyanata təkzib verilməsini tələb edib:
"Mən Azərbaycan höküməti adından ciddi xəbərdarlıq etdim. O, isə mənə izah etdi ki, belə bir hal olub və artıq bu məlumat internetdən çıxarılıb. Mən isə bildirdim ki, bu bizi qane etmir. Zəhmət çəkin və necə ki, belə bir bəyanat vermisiz, elə də onun təkzibini verin. Ötən gün o, bu məsələ ilə məşğul oldu və Cenevrədən cavab gəldi ki, Bakı ofisinə istinad məsələsini səhv ediblər. Bu kifayət etmədi və bildirdim ki, biz təkzib verilməsini gözləyirik”.
Komitə sədrinin sözlərinə görə, təkzibə səhv etdikləri mütləq yazılmalıdır. Lakin onlar bunu şifahi şəkildə deyiblər. "Mən isə bununla razılaşmadım və bildirdim ki, necə ki, bunu bütün dünyaya yaymısız, eləcə də zəhmət çəkin təkzib verin”.
Aprelin 11-də BMT QAK-ın rəsmi internet səhifəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca aprelin 2-də baş vermiş hadisələrlə bağlı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış, təhrif olunmuş məlumat yayılıb.(qaynar.info)

Qlobal.az