Azərbaycanda xanım komitə rəhbəri haqında ŞOK VİDEO
İyul 13
19:16
2016
Cebhe.info-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya 170 min ABŞ dolları verdiyini iddia edən Eynur Kərimovun bu işdə vasitəçi olan komitənin sabiq Aparat rəhbəri Səfər İmanovla "Skype” vasitəsi ilə danışığının videogörüntüsü daxil olub. Videogörüntüdə hazırda xaricdə olan Səfər İmanov məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmən müraciət edəcəyini vurğulayır.
Eynur Kərimov məsələ ilə bağlı açıqlamasında videogörüntünün həqiqət olduğunu bildirib:
"Səfər İmanov başına gətirilən bütün işlərin günahkarının komitə sədri Hicran Hüseynova olduğunu açıq–aydın bildirir. Danışıq zamanı adı çəkilən və bu işdə şahid qismində dindirilən, ötən il məsələnin həll edilməsi ilə bağlı Hicran Hüseynova tərəfindən xüsusi tapşırıq alan komitənin Maliyyə idarəsinin sabiq müdiri (təqaüd yaşının çatması ilə əlaqədar cari ilin əvvəlində işdən azad edilib) Nəsib özü barəsində deyib ki, yaddaşı yerində deyil və məsələləri tez-tez unudur. Bəs onda necə olub ki, uzun müddət Dövlət Komitəsində maliyyə idarəsinin müdiri kimi məsuliyyətli bir vəzifəni icra edib? Danışıqdan da aydın olur ki, hazırda İnterpol vasitəsi ilə axtarışda olan Səfər İmanovla əlaqə yaratmaq xanım komitə sədri üçün elə də çətin deyil. Bu gün İnterpol vasitəsi ilə axtarışda olan və mənimlə əlaqəni kəsən Səfər İmanovla istənilən an əlaqə saxlanılır və susmağa məcbur edilir.
Hər vəclə bu işdən yayınmağa və məsələni bütövlükdə Səfər İmanovun üzərinə yıxmağa, özünün bu məsələdən xəbərsiz olduğunu göstərməyə çalışan Hicran Hüseynova tərəfində rəhbərlik etdiyi komitənin əməkdaşları Səfər İmanovla bağlı şikayət ərizələri veməyə məcbur edilir. Göstərilir ki, komitənin əksər əməkdaşı Səfər İmanov tərəfindən aldadılaraq külli miqdarda pulları mənimsənilib. Bizim apardığımız araşdırmalar zamanı məlum olub ki, Səfər İmanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində çalışmadan öncə bir neçə dövlət qurumunda yüksək vəzifələrdə işləyib və heç birində dələduzluq hallarına yol verməyib. Burdan da açıq-aydın görsənir ki, əgər Səfər İmanov bu gün onunla bağlı şikayət edən komitə əməkdaşlarının vurğuladıqları kimi dələduzluq edərək kimlərinsə külli miqdarda pullarını mənimsəyibsə, deməli kimə və nəyəsə arxalanaraq bu addımı atıb”.

Qlobal.az