SON XƏBƏR

Azərbaycanda kirayədə yaşayan icra başçısı kimdi?- ŞOK- FOTO- VİDEO

Sentyabr 23
09:37 2016
Respublikada keçiriləcək ümumxalq səsverməsinə- referenduma sayılı günlər qalır. Müxalifət partiyalarının paytaxt Bakı şəhərində referendumla bağlı 3 mitinq təşkil etsələr də əyalətlərdə seçicilərlə heç bir görüş keçirmədilər. Hakim Yeni Azərbaycan Partiyası isə fərqli strategiya seçərək əyalətlərdəki seçicilərlə görüşə üstünlük verdi.
 
"Yeni Azərbaycan" Referendum üzrə Təşəbbüs Qrupunun seçicilərlə keçirdiyi görüşlərdən biri də sentyabr ayının 22-də Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə oldu. YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevin, rayondan MM-ə deputat seçilmiş Astan Şahverdiyevin və rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmovun iştirak etdiyi tədbirdə rayonun Böyük Mərcanlı kənd sakini İntiqam Qurbanov çixişi zamanı ilginc məqama toxunub. Belə ki, ölkənin yaxın siyasi tarixindən və müasir iqtisadi inkişafdan danışan İntiqam Qurbanov qonşu Gürcüstan respublikasının məmurları ilə yerli məmurlarımız arasında müqayisə apararaq Azərbaycanda bəzi rayon icra hakimiyyəti başçılarının kirayədə qaldıqlarını vurğulayıb. 
 
Qeyd edək ki, Azərbaycanda indiyədək bəzi deputatlar kirayə evlərdə yaşasalar da indiyədək hansısa RİH-nin başçısının kirayədə yaşadığı faktına rast gəlinməyib. Hər halda mətbuatda bu barədə yazılmayıb. Cəbrayıl rayon sakininin ilginc çıxışından sonra Qlobal.az-ın əməkdaşı məlumatlı şəxslərdən hansı icra başçılarının kirayədə qaldıqları barədə məlumat öyrənməyə çalışıb. Əməkdaşımızın yuxarıda göstərilən mənbələrdən əldə etdiyi məlumata görə Azərbaycanda kirayədə yaşayan yeganə RİH başçısı altı ay bundan öncə Cəbrayıl RİH-nə başçı təyin olunan Kamal Həsənovdur. Məlumata görə, onun hazırda Gənclik metrosu ətrafında 400 manata kirayədə yaşadığı deyilir.
 
 
Kamal Həsənov
 
Xatırladaq ki, Kamal Həsənov əslən Cəbrayıl rayonundandır. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirən Kamal Həsənov bu ilin aprel ayının 18-də Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən Cəbrayıl RİH-nə başçı təyin edilib. 
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook