Azərbaycanda dövlət bankının Müşahidə Şurası ilə bağlı tələb sərtləşdirilib
Sentyabr 26
16:27
2024
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda korporativ idarəetmə Standartları”nda dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Həmçinin müstəqil üzv vəzifəsinə irəli sürülən şəxs həmin tarixdə bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxslər yalnız müəyyən fasilədən ("cooling off”) sonra müstəqil üzv təyin oluna bilərlər. Fasilə müddəti şəxsin bankda işlədiyi müddətin azı 3-də 2-sini (azı 3 il) təşkil etməlidir.
Bundan başqa, Şuranın müstəqil üzvü olmaq üçün son 3 ildə bankdan müəyyən edilmiş əmək haqqı və mükafatdan, habelə dividend ödənişindən (2%-dək malik olduğu imtiyazlı səhmlər üzrə) başqa gəlir əldə etməmək tələbi də ləğv edilib.