Azərbaycanda bu məhsullar bahalaşdı (RƏSMİ)
Mart 14
12:54
2024
Bu ilin yanvar ayında əvvəlki aylara nisbətən qida məhsullarının qiymətlərində həm bahaşma, həm də ucuzlaşma müşahidə olunub.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib.
Belə ki, bahalaşma xüsusilə düyü, süd, yumurta, zeytun yağı, şəkər, konfetlər, meyvə şirəsi, qoyun və toyuq əti, təzə balıqda müşahidə olunub. Eyni zamanda meyvə-tərəvəzin - naringi, limon, banan, alma, nar, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan, kartof, yerkökünün də qiymətində artım olub. Spirtli içki və, tütün məmulatlarında da bahalaşma qeydə alınıb.
Bununla yanaşı bəzi məhsulların qiyməti ötən aylara nisbətən ucuzlaşıb. Əsasən, manna və qarabaşaq yarması, unu çörək, mal əti, günəbaxan və qarğıdalı yağları, şəkər tozu, eyni zamanda çuğundur və portağalın qiymətində azalma müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,7 faiz təşkil edib.