Azərbaycanda 23 min yeni iş yeri yaradılıb
May 24
12:26
2024
2024-cü ilin I rübündə Azərbaycanda 22 517 yeni iş yerləri yaradılıb.
Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 2 955 yeni müəssisə və təşkilat, 21 781 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 27%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 27.4% azalıb.
"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 25.9% artıb. Belə ki, 2023-ci ilin I rübündə Azərbaycanda 17 886 yeni iş yeləri açılmışdı.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda mövcud müəssisə və təşkilatlarda 20 037 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 2 265 yeni iş yeri açılıb.