Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb
Noyabr 06
10:49
2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.