SON XƏBƏR

Azərbaycan həqiqətləri dünyaya yayılmalıdır!!!

Oktyabr 26
07:42 2015
Azərbaycan həqiqətləri dünyaya yayılmalıdır!!!
 
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2015-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri olan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin tədbirləri keçirilmişdir.
 
"Ermənilərin Qarabağda tarixi, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması” adlı layihəsinin yekunu çatdı.
 
Dünyamızı bəzəyən anamızdan, sevgi dolu qadınlarımızdan danışmaq istərdik. Amma bu bizim üçün çox çətindir. Bizim qadınlarımız əsirlikdədir. Dağlıq Qarabağda tariximiz məhv edilir. Əsirlərimizə işgəncə verilir. Biz torpaqlarımızın azad olunmasını istəyirik. Bu bizim şərəf yolumuzdur. Layihənin icrası ərəfəsində Avropa ictimaiyyətinə eləcə də yerli əhalimizə belə səslənərək başlayıb və vətənimizin bir qarış torpağından vaz keçmərik sözləri ilə bitən toplantılarımız çoşğu ilə keçirilmişdir.
 
Görüşlərimiz zamanı insanların bizə verdikləri suallar cavablandırıldı. Təkliflərin də layihə icrası zamanı xeyli hissəsi oz həllini tapdı. Qalan məsələlərin layihənin icrası zamanı həyata keçirilə bilməyən hissəsi layihəmizin icrası başa çatandan sonra icra olunacağına əminik. Layihənin qarşıya qoyduğu məsələlərin tam olaraq həllinə nail olmağa çalışmışıq. Bundan sonra isə yerli əhalinin təkliflərinin həyata keçirilməsinə nail olmağa çalışacağıq. Layihəmizin icrası ərəfəsində ictimai təklif olaraq qarşımıza qoyulan, icrasına başlanılmış və ya başlanılmamış məsələlər
 
1. Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması
 
2. Qarabağda əsir götürülmüş Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi
 
3. Xocalı şəhidlərində və Qarabağda məhv edilmiş Azərbaycan tarixi.
 
4. Qarabağın tarixinin araşdılması və mühafizəsi üçün "BAYAT Mədəni İrs İctimai Birliyi”nin yaradılması, Dövlət qeydiyyatına alınması üçün Ağcabədi rayonun Boyad kənd əhalisinin xahişi.
 
5. Azərbaycan tarixinin və həqiqətlərinin dünyaya yayılmasında dövlətimizə dəstəyin artırılması.
 
Azərbaycan torpaqları üçün bundan sonra da daimi təhlükə mənbəyi olan, əqidələri Rusiya tərəfindən zəhərlənmiş ermənilərlə qonşuluğumuz bizim üçün nəsildən nəsilə keçəcək taleyin acı qismətidir. Qədim Azərbaycan torpağı olan Qarabağın uzaq və yaxın tarixi, bu günü ilə bağlı həqiqətlərin dünyanın bütün ölkələrinə çatdırılması çox əhəmiyyətlidir. Qarabağın işğalı, Xocalı soyqırımı, Quba rayonunda tapılan kütləvi məzarlıq, Qarabağın Pənah xan dövründən əvvəl də çox şərəfli tarixi olduğunu insanlar bilməlidirlər.
 
Layihənin icrası ərəfəsində
 
1. 23 may 2015-ci il tarixində Ağcabədi rayonunun Boyad kəndində Məhəmməd Füzuli adına kitabxanada Qarabağın tarixi və soyqırım həqiqətləri adlı tədbirdə yerli əhali ilə görüş. Tarixçi Ramazan Hüseynov, Abidəşunas Faiq İsmayılov, şair, ağsaqqal Ənvər Əhməd, toponimçi Nazim Vəlişov, Millət vəkili Aqil Abbas, QHT rəhbəri Mətanət Əsgərqızı tədbirlərimizdə iştirak etmişdir.
 
2. 31 may 2015-ci il tarixində Türkiyənin Kayseri şəhərində Türk Dünyası Qadınlarının Kültür və Dayanışma Mərkəzində qadınlarla Qarabağda olan əsirlərin azad edilməsi və düşmənlərimizin torpaqlarımızıdan çıxarılmasına dəstək verək adlı tədbir. Tədbirin təşkilatçısı Azərbaycandan olan Erciyes Unversitetinin müəllimi Əsli Xəlilqızına təşəkkür edirəm.
 
3. 25 sentyabr 2015-ci il tarixində Göranboy rayonunda məskunlaşmış Xocalı əhalisi ilə Azərbaycan tarixinin və həqiqtlərinin dünyaya tanıdılmasında dövlətimizə dəstəyin artırılması tədbiri, Xocalı Rayon İcra Hakimiyətinin dəstəyinə görə təşəkkür edirəm.
 
4. 28 sentyabr 2015-ci il tarixində yenidən Ağcabədi rayon əhalisinin tələbi ilə Məhəmməd Füzuli adına Boyad kənd kitabxanasında şagirdlər və müəllimlərlə "Qərbi Azərbaycanlılar Mühacirətdə” mövzusunda görüş keçirildi. Hər iki tədbir Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının dəstəyi ilə keçirldiyi üçün yerli icra orqanlarına minnətdaram. Əsasən rayonun Millət vəkili Aqil Abbasın böyük dəstəyi oldu layihəmizə.
 
5. 01 oktyabr 2015-ci il tarixdə Belçikanın Brüssel şəhərində Avropa Parlamernti binasında bir qrup Hollandiya vətəndaşı ilə bilikdə Parlament üzvləri və parlamentin sektor rəhbəri Vim Van De Camp ilə görüşdük. Bizi ayrı masada qəbul etdi. Qarabağın işğalı ilə bağlı söhbətimiz oldu və təbliğat materialları verdim. Əlavə materialların daim olaraq təqdim edilməsinin vacibliyini vurğuladı.
 
6. 03 oktyabr 2015-ci il tarixində Hollandiyanın Amsderdam şəhərində yerli əhali ilə görüşümüz oldu. Toplantıya gələn insanlara Azərbaycan tarixi Qarabağın tarixi, Qərbi Azərbaycan, soyqırım həqiqətləri və əsirlikdə olan vətəndaşlarımız, əsasən də qadınlarımızla bağlı məlumat verdik. Əsasən Qərbi Azərbaycan torpaqlarında Ermənistan yaradılması hollandlar üçün yeni xəbər oldu və çoxda təəccüblə qarşılandı. İnsanların çox təccübünə səbəb olan əsir qadınlarımız oldu. Onların hüquqlarinin müdafiəsi üçün Hollandiya vətəndaları Fatma Aktaşın rəhbərliyi ilə Qarabağdan əsir götürülmüş Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi ilə bağlı bir təşkilat yaradıldı. Təşkilata hollanlar da üzv oldular. Ümumilikdə Avropada olan görüş və tədbrlərimiz üçün Hollandiyada yaşayan əslən Azərbaycan türkü olan Fatma Akdaşa minnətdarıq.
 
7. 08 oktyabr 2015-ci il tarixində Türkiyənin Esgişehir şəhərində Osman Qazi Unversitetində "Qarabağ və Azərbaycanın tarixi torpaqları” mövzusunda tələbə və müəllimlərlə görüş keçirildi. Tədbirin keçirilməsində bizim təşkilatımız ilə qardaş təşkilat olan Esgişehir Azərbaycanlıları Dərnəyinin rəhbəri əslən Azərbaycadan olan Cavid Məmmədova təşəkkür edirəm.
 
8.21 oktyabr 2015-ci il saat 12 -00-da Beynalxalq Mətbuat Mərkəzində
 
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin son təsbiri keçirilmişdir. "Ermənilərin Qarabağda tarixi, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması” layihəsinin sona çatması və layihənin icrası haqda ictimaiyyətə məlumat vermək məqsədi daşıyan tədbirdə mətbuat nümayəndələri, QHT rəhbərləri, ictiamiyyət nümayəndələri iştirak etmişdirlər. Bütün tədbirlərdə Qarabağ və Azərbaycan tarixi, Qərbi Azərbaycanın işğalı ilə bağlı çoxsaylı suallar verildi. 2016-cı ilin yanvar ayında Hollandiyada Azərbaycanla bağlı daha geniş bir tədbir planlaşdırılır.
 
Layihənin rəhbəri və MVQSYİB –nin sədri Radə Abbas
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook