Azərbaycan-Dağıstan sərhədində avtomobil buraxılış məntəqəsi bağlanır
Oktyabr 15
08:31
2015
Azərbaycan və Dağıstan sərhədindəki Tahirkənd-Qazmalar avtomobil buraxılış məntəqəsi oktyabr ayının 15-dən etibarən 25 günlük bağlanır.
"Vesti Kavkaza” saytının verdiyi xəbərə görə, bu barədə Dağıstan Gömrüyünün mətbuat xidməti bildirib.
Avtomobil buraxılış məntəqəsi ərazidə abadlıq işlərinin aparılması ilə əlaqədar fəaliyyətini dayandırır. Bildirilir ki, sürücülər 25 gün ərzində "Novo - Filə” və "Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqələrindən istifadə edə bilərlər.