SON XƏBƏR

Azərbaycan 2040-cı ilədək süni intellektdə 40 milyard dollarlıq əlavə dəyər yaradacaq

Dekabr 06
16:27 2024
Azərbaycan süni intellektə sərmayə qoymağı strateji məqsəd kimi müəyyənləşdirib.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev VIII İstanbul İqtisadiyyat Zirvəsində deyib.

O bildirib ki, hazırda Azərbaycan süni intellekt sektorunda 600 şirkəti dəstəkləyir: "2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard ABŞ dollarlıq əlavə dəyər yaratmağı hədəfləyirik. Bu da, illik 2,5 milyard ABŞ dolları deməkdir”.

E. Əliyev qeyd edib ki, süni intellekt məhsuldarlığı artıracaq və işqüvvəsinin davamlılığını qoruyacaq: "Süni intellekt sahəsində əməkdaşlığımızı artırmalıyıq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook