“Azər Türk Bank” vəfat edən hərbçinin 10 yaşlı qızından pul tələb edir - Prezidentə müraciət
Yanvar 26
14:55
2024
"Azər Türk Bank" (ATB) vəfat edən hərbçi Məhərrəm Abbasovun ailəsini məhkəməyə verib.
Bakupost.az xəbər verir ki, bununla bağlı mərhum hərbçinin həyat yoldaşı Nazxanım Abbasova Prezident İlham Əliyevə müraciət edib.
O, hərbi xidmət zamanı həyat yoldașı Abbasov Məhərrəm Abbas oğlunun səhhətində ciddi problemlər yarandığını bildirib. N.Abbasova qeyd edib ki, M.Abbasov o zaman Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına müraciət etsə də, onu əməliyyat etməyiblər:
Şikayətçinin sözlərinə görə, ATB 2023-cu ilin dekabrında iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Həyat yoldaşının banka olan 5150, 27 manat məbləğində borcunu və cərimə faizlərini vərəsə kimi tələb edib:
Çətin durumda yaşayan ailə Prezidentdən kömək istəyir:
"Bütün yük mənim üzərimdədir, 10 və 13 yaşlı iki övlad böyüdürəm. Oğlum zob xəstəliyindən əziyyət çəkir. Poliklinikada qeydiyyatdadır. Xəstə anama da mən baxıram. Banka müraciət etdikdə Məhkəmə üzrə Departamentin Habil Cavadov adlı direktoru bildirir ki, yoldaşın şəhid olmayıb, ona görə də krediti ödəməlisiniz. Mərhum həyat yoldașım sanatoriyada, kurortda, yaxud da evdə xəstələnməmişdi. Orduda xidmət zamanı sağlamlığını itirmişdi. Vəfat etmiş hərbçinin ailəsinə göstərdikləri münasibətə baxın. Qızıma atasından qalan pulu görüb, bizi məhkəməyə verirlər. Sizdən xahiş edirəm, yoldaşımın adına olan kredit borcunun silinməsində bizə kömək olasınız”.
Məsələ ilə bağlı "Azər Türk Bank"la əlaqə saxladıq.
Bankdan Bakupost.az –a bildirdilər ki, mövcud öhdəliklər, kreditlər və s. barədə üçüncü şəxsə məlumat verilmir:
Qlobal.az