Azarkeşlər Xankəndiyə çatıblar
Dekabr 21
10:56
2023
"Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar.
Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda "Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.
"Report”un şəhərə ezam olunmuş əməkdaşı Xankəndindən fotoları təqdim edir: