"AZAL- Miles" proqramında dəyişiliklər edildi
Noyabr 15
09:22
2015
AZAL MILES proqramının qaydaları dəyişir. "Azərbaycan Hava Yolları” aviaşirkətinin bütün sahələri üzrə xidmətlərdə edilən son dəyişikliklərə əsasən, biz daha faydalı və maraqlı proqram təqdim edirik. Dəyişikliklər yaxın həftələrdə həyata keçəcəkdir, köhnə proqramın qaydaları sadələşdirilmiş şərt və müddəalarla əvəz olunacaq. Bütün mövcud iştirakçıların hesabında olan ballar qorunacaq və yeni proqrama əlavə ediləcək, iştirakçılar tərəfindən heç bir addımın atılması tələb olunmur.
Yeni təqdim edilən Millər "Səyahət Balları” / «Travel Points» ilə əvəz ediləcək, onlar aviabilet / xidmət sinfinin artırılması üçün ödədikləri tarifin hər €1 üçün bal qazanacaqlar (ödədiyiniz məbləğin, rüsumlar və yığmlar daxil olmadığı hissəsi, tarifdir). Hər avro üçün Səyahət Ballarının / «Travel Points» miqdarı, iştirakçı səviyyəsinin inkişafına nəzərən artacaq – Classic, Gümüş, Qızıl, Platinum. Mövcud olan iştirakçılar üçün hər bir Mil bir Səyahət Balı / «Travel Points» ilə əvəz ediləcək. Gələcəkdə biz Sizə bilet almaq əvəzinə Səyahət Ballarını əldə etməyin daha maraqlı yollarını təqdim edəcəyik.
İkinci dəyişiklik "Status Balları” / «Status Points» in təqdim edilməsidir, hər bir AZAL MILES iştirakçısı əldə etdiyi aviabiletə görə Status Balları / «Status Points» qazanacaqdır. Qazanılan Status Ballarının / «Status Points» miqdarı uçuş müddətindən, səyahət edilən – biznes və ya ekonom sinfindən asılıdır. Hər il qazandığınız Status Ballarının / «Status Points» miqdarı növbəti il üçün Sizin iştirakçı səviyyənizi müəyyən edəcək. Mövcud iştirakçı statusunu ən azı bir il müddətində saxlaya bilərlər.
«Classic» Membership – «Classic» statuslu iştirakçıların kartdan istifadə etməmələri üçün sxem sadələşdirilmişdir. Onlar əldə etdikləri aviabiletə / xidmət sinfinin artırılması üçün ödədikləri hər €1 – ya gorə 1 Səyahət Balı / «Travel Points» qazanacaqlar. «Classic» statuslu İştirakçı olmaq üçün müraciət forması (qeydiyyat) sadədir, növbəti aviabiletinizi alarkən "Azərbaycan Hava Yolları” aviaşirkətinin satış agentinə və ya digər agentliklərə müraciət edə bilər və ya www.azal.az saytına daxil olaraq on–layn qeydiyyatdan keçə bilərsiniz. Kifayət qədər Status Balları topladıqdan sonra, Siz avtomatik olaraq "Gümüş” statusa keçiriləcəksiniz.
Silver Membership – "Gümüş” statuslu İştirakçılar əldə etdikləri aviabiletə / xidmət sinfinin artırılması üçün ödədikləri hər €1 – ya görə 1.25 Səyahət Balı / «Travel Points» qazanacaqlar. Onlara bir il müddətində etibarlı olan və ilin sonunda elan ediləcək imtiyazlardan yararlanmağa imkan verən şəxsə "Silver Membership” Kartı göndəriləcəkdir. Bu kart verildiyi andan etibarən bir il müddətində etibarlı olacaq. "Gümüş” statusu saxlamaq və ya xidmət sinfini artırmaq üçün iştirakçı müddətində lazımi miqdarda Status Ballarını toplamalısınız. Kifayət qədər Status Ballarını topladıqdan sonra, Sizin statusunuz avtomatik olaraq "Gold” statusla əvəz ediləcəkdir.
Gold Membership – "Qızıl” statuslu İştirakçılar əldə etdikləri aviabiletə / xidmət sinfinin artırılması üçün ödədikləri hər €1 – ya görə 2 Səyahət Balı / «Travel Points» qazanacaqlar. Qızıl statuslu İştirakçılara bir il müddətində etibarlı olan şəxsi "Qızıl” Membership” kartı göndəriləcəkdir. Bu kart verildiyi andan etibarən bir il müddətində etibarlı olacaq. "Qızıl” statusu saxlamalı və ya xidmət sinfini artırmaq üçün iştirakçı müddətində lazımi miqdarda Status Ballarını toplamalısınız. Kifayət qədər Status Balları toplamayan iştirakçılara növbəti il üçün "Gümüş” iştirakçılıq təklif olunacaq. Kifayət qədər Status Ballarını topladıqdan sonra, Sizin statusunuz avtomatik olaraq "Platin” statusla əvəz ediləcəkdir.
Platinum Membership – bizimlə daha tez tez uçan dəyərli sərnişinlərimizə iki il müddətinə etibarlı olan "Platinum” İştirakçı kartı təqdim olunacaq. Platinum statuslu İştirakçılar əldə etdikləri aviabiletə / xidmət sinfinin artırılması üçün ödədikləri hər €1 – ya görə 3 Səyahət Balı / «Travel Points» qazanacaqlar. Platinum statuslu İştirakçıya şəxsi "Platinum Membership” Kartı göndəriləcəkdir. Onlar növbəti iki il müddətində "Platin” statusu saxlamaq üçün iştirakçı müddətində lazımi miqdarda Status Ballarını toplamalıdırlar. Kifayət qədər Status Balları toplamayan iştirakçlara növbəti il üçün "Qızıl” status təklif olunacaqdır.