Azad olunan ərazilərə ilin ilk köçü başlayıb
Yanvar 18
09:48
2024
Azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb.
"Report” xəbər verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobupark-3”dən ilk köç yenidən qurulan Füzuli şəhərinədir.
Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatacaq.
Xatırladaq ki, 2023-cü ilin 18 dekabrında növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Həmin mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb. Bununla da şəhərdə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.