Aydın Hüseynov: Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycan dövlətinin tarixində müstəsna yer tutur (VİDEO)
May 05
23:52
2020
"Bu gün hər birimiz müstəqli Azərbaycan dövlətinin yaşaması, qüdrətli dövlət kimi inkişafı üçün Ümummilli lider Heydər Əliyevə minnətdarıq. Ulu Öndər Heydər Əliyev xalqımıza iqtisadi və siyasi cəhətdən güclü Azərbaycan dövləti əmanət edib”.
Bu fikirləri "Yeni Tv”-nin efirində Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, bu gün Heydər Əliyev siyasətinin icraçısı ölkə başçsı İlham Əliyevdir: "Məhz onun rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan düşünülmüş, uğurlu islahatlar xalqın sabaha olan inamını artırır”.