SON XƏBƏR

AXCP üzvü İsmayıl Rəsulova hökm oxundu

Avqust 25
16:59 2016
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İsmayıl Rəsulov barəsində 30 sutkalıq inzibati həbs qərarı seçilib.
 
Qlobal.Az xəbər verir ki, bu barədə trend-ə İ.Rəsulovun oğlu Elşən Rəsulov məlumat verib.
 
Onun sözlərinə görə, həbs qərarı Qaradağ Rayon Məhkəməsində seçilib və İ.Rəsulov Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) göndərilib.
 
Qaradağ Rayon Məhkəməsindən Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə İ.Rəsulov barəsində 30 sutka həbs qərarı çıxarılıb.
 
Qeyd edək ki, avqustun 24-də İ.Rəsulov Qaradağ rayonu 38-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook