SON XƏBƏR

AXC-100: Avropa İttifaqının səfirləri Azərbaycan xalqını belə təbrik etdi (VİDEO)

May 26
15:18 2018
Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar. 

Qlobal.Az "Report" istinadən xəbər verir ki, təbrikdə Aİ-nin Azərbaycanda akkreditasiya olunmuş 20 ölkənin diplomatik missiyaların rəhbərləri və qurumun Bakıdakı nümayəndəsi öz təbriklərini çatdırıblar.

Diplomatlar təbriklərini Azərbaycan dilində səsləndiriblər: "Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan". 
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook