SON XƏBƏR

Çavuşoğlu Ukraynaya səsləndi: "Türkiyənin adından istifadə etməyin"

Noyabr 01
13:30 2021
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanı aldığı "Bayraktar" pilotsuz uçuş aparatlarını Türkiyə ilə assosiasiya etməməyə çağırıb. 

Bu barədə "İnterfaks"ın yaydığı xəbərdə deyilir. 

"Biz terrorizmlə mübarizə apararkən müxtəlif ölkələrdən alınan, o cümlədən Rusiya istehsal olunan silahlarla rastlaşırıq, amma biz buna buna görə heç vaxt Rusiyanı ittiham etmirik. Ukrayna da bizim ölkənin adından istifadəni dayandırmalıdır”, - Çavuşoğlu "Rossiya 1” telekanalının jurnalistinin sualına cavabında deyib. 

Nazir əlavə edib ki, bir ölkə bizdən və ya başqa ölkədən silah aldığı andan o, türk, rus və ya Ukrayna silahı olmaqdan çıxır. 

"Başqa sözlə, bizdən silahı aldıqdan sonra o, daha Türkiyə silahı deyil. Türkiyədə istehsal olunsa da, indi Ukraynaya məxsusdur, belə vəziyyətdə Türkiyəni günahlandırmaq olmaz”, - deyə nazir bildirib.

Oktyabrın 26-da Ukrayna hərbçiləri bildiriblər ki, Türkiyədən aldıqları "Bayraktar" PUA-sından ilk dəfə Donbasdakı hərbi əməliyyatlar zamanı istifadə ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook