Avstriyada keçid hökumətinin tərkibi müəyyənləşib
İyun 03
00:09
2019
Avstriyada yeni təyin edilmiş Federal Kansler Briqitte Birlaynın rəhbərlik edəcəyi keçid hökumətinin tərkibi məlum olub.
AZƏRTAC xəbər verir ki, B.Birlayn yeni hökumətin tərkibini artıq dövlət başçısı Aleksander Van der Bellenə və parlamentdə təmsil olunan partiyalara təqdim edib. Dövlət başçısı kabinetin tərkibi ilə razılığını ifadə etdiyinə görə, iyunun 3-də yeni hökumətin andiçmə mərasimi keçiriləcək.
Qeyd edək ki, may ayının sonlarında Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyasının təmsil olunduğu koalisiyalı hökuməti dağıldıqdan sonra, ölkədə növbədənkənar parlament seçkiləri elan olunub. Dövlət başçısı Aleksander Van der Bellen sentyabr ayında keçirilməsi nəzərdə tutulan seçkilərədək hökumətdə heç bir partiyaya bağlılığı olmayan ekspertlərin təmsil olunmasına tərəfdar olduğunu ifadə edib. B.Birlayn bu tövsiyə əsasında bütün siyasi qüvvələrin rəğbət göstərdiyi, lakin heç bir partiya mənsubluğu olmayan və müxtəlif nazirliklərdə yüksək vəzifələrdə çalışan və ya təqaüddə olan mütəxəssislərdən ibarət müvəqqəti hökumət qurub. "Ekspertlər hökuməti” seçkilərdən sonra yeni hökumət formalaşana kimi hakimiyyətdə olacaq.