Avstriya kansleri: "Rusiya qazından asılıyıq"
Sentyabr 05
09:20
2023
Rusiyadan qaz almaq mənəvi cəhətdən xoşagəlməzdir, lakin hələlik bundan qaçmaq mümkün deyil.
Bu barədə Avstriya kansleri Karl Nehammer ORF telekanalına müsahibəsində bildirilib.
O qeyd edib ki, bir nömrəli prioritet enerji təchizatının təhlükəsizliyidir. Sistem və istehsal pozularsa, insanların enerji təchizatı dayandırılacaq. Nehammer vurğulayıb ki, Avstriya artıq 2022-ci ildə Rusiyadan qaz asılılığını azaltmağa başlayıb. Hazırda respublika Almaniya və İtaliya vasitəsilə çatdırılmaların genişləndirilməsi üzərində işləyir.
Bununla belə, kansler xatırladıb ki, milli neft-qaz konserni OMV Avstriyaya qaz tədarükü üçün Qazprom ilə 2040-cı ilə qədər müqavilələr imzalayıb.

Bundan əvvəl Avstriyanın energetika naziri Leonor Gewessler xəbərdarlıq etmişdi ki, Rusiya təbii qazının Mərkəzi Avropa ölkələrinə tədarükü Ukraynadakı hərbi əməliyyatlar səbəbindən təhlükə altında ola bilər.
AzərTAC